İranın İraqla sərhədində zəlzələ olub

İranın İraqla sərhədində zəlzələ olub

İranın İraqla sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ baş verib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Sərpol Zəhab şəhərindən 8 kilometr cənub-şərqdə qeydə alınıb.

Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə