Keçən il dünyada 23 missioner öldürülüb

Keçən il dünyada 23 missioner öldürülüb

2017-ci ildə dünyada 23 missioner öldürülüb. Axar.az xəbər verir ki, bu cür rəqəmlər Katolik İnformasiya Agentliyi olan Fides tərəfindən nəşr olunan hesabatda yer alıb.

"Ardıcıl səkkiz il ərzində ən çox qurban məhz ABŞ-da qeydə alınıb. Belə ki, burada 11 din adamı öldürülüb. 10 din adamı öldürülməklə Afrika ikinci, Asiya isə iki din adamı qətlə yetirməklə üçüncü yerdə qərarlaşıb"-hesabatda bildirilib.

Qeyd edək ki, agentlik 2000-ci ildən 2016-cı ilə qədər 5 yepiskop olmaqla 424 din adamının öldürüldüyü barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə