Kanadanın Toronto şəhərindəki "Lister Pirson" beynəlxalq hava limanında 2 təyyarə toqquşub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Sunwing Jet” aviaşirkətinə məxsus təyyarə uçuş zolağında “WestJet” aviaşirkətinin təyyarəsi ilə toqquşub. Qəza nəticəsində “Sunwing Jet” təyyarəsinin quyruq hissəsində yanğın baş verib. Sərnişinlər dərhal təyyarələrdən təxliyə edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB