Türkiyə yeni raketdən müdafiə sistemi ilə bağlı növbəti saziş imzalayıb
Türkiyənin ASELSAN şirkəti ilə Fransa və İtaliyanın ortaq şirkəti olan EUROSAM arasında yeni raketdən müdafiə sistemi ilə bağlı saziş imzalanıb. Axar.az xəbər verir ki, bu barədə elə EUROSAM məlumat yayıb.
Anlaşma çərçivəsində raket hücumundan müdafiə sistemləri, radara görünməyən hərbi təyyarələr və pilotsuz uçuş aparatlarının istehsalı nəzərdə tutulur. Türkiyənin milli raketdən müdafiə sistemlərinin bir hissəsi olacaq “Aster- 30 Blok 1 NT” adlı bu sistem 2023-cü ildən sonra istifadəyə veriləcək.
Beləliklə, 2030-cu ilə kimi qardaş ölkə bu sahədə olan çatışmazlıqlarını tam aradan qaldıracaq. Həmçinin bu sistemlərin NATO-ya da inteqrasiya olunduğu bildirilir. Məlumata görə, “Aster – 30” sistemi 1000 km və daha artıq məsafədən gələn raket təhlükəsinin qarşısını ala biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB