ABŞ-dakı müsəlmanların sayı artır

ABŞ-dakı müsəlmanların sayı artır

Son yeddi il ərzində Birləşmiş Ştatlarda müsəlmanların sayı 700 min nəfər artaraq 3,45 milyona çatıb. Axar.az xəbər verir ki, bu statistikayla Vaşinqtonda yerləşən “Pyu” araşdırma mərkəzinin mütəxəssisləri çıxış ediblər. Mütəxəssislərə görə, İslamı qəbul edən amerikalılar ölkə əhalisinin təxminən 1,1%-ni təşkil edir.

2040-cı ildə müsəlmanların yəhudiləri qabaqlayaraq ölkənin əsas dini konfessiyaları siyahısında xristianlardan sonra ikinci yerdə yerləşəcəyi proqnozlaşdırılır. 2050-ci ilə qədər isə ABŞ-da İslamı qəbul edən şəxslərin 8,1 milyona çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə