ABŞ-ın şərq sahillərində güclü külək və şaxta ilə müşayiət olunan qar fırtınası nəticəsində azı 14 nəfər həlak olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlardan 7-si pis hava şəraitinin səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirib. Sinoptiklər siklonu “meteoroloji bomba” adlandırırlar. Bəzi rayonlarda qarın qalınlığı 46 santimetrə çatıb. Təbii fəlakətin davam etdiyi bir çox şəhərdə məktəblər və dövlət müəssisələri bağlanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB