PKK terror təşkilatının Suriyadaki liderlərindən biri Murad Karayılan təşkilata qarşı əməliyyatların başlayacağı təqdirdə atəşkəs qərarını yenidən dəyərləndirəcəklərini bildirib. SİA-nın məlumatına görə, o, "Independent" qəzetinə açıqlamasında sülhün əldə edilməsi istiqamətində önəmli addım atılmayacağı halda bu ayın sonunda atəşkəs rejiminə son verəcəklərini deyib.
"15 gün daha gözləyəcəyik. Müsbət addımlar atılarsa, birtərəfli atəşkəsi uzadacayıq" deyən Karayılan konkret bir addım atılmazsa vəziyyəti qiymətləndirəcəklərini və özlərini müdafiə etmək üçün lazım olanı edəcəklərini dilə gətirib. Xəbərdə Türkiyənin PKK-ya zərbə endirmək üçün Suriya və İranın dəstəyini almağa çalışdığı qeyd edilib: "Amma Ankaranın indiyə qədər sərhədləri daxilində PKK-nın varlığına göz yuman kürd regional rəhbərliyindən lazımı dəstəyi ala biləcəyi bəlli deyil. Bəzi ekspertlər belə bir strategiyanın daha qanlı bir cavaba gətirib çıxarmasından narahatdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB