Tacikistanda 4 nəfər plovdan zəhərlənərək ölüb

Tacikistanda 4 nəfər plovdan zəhərlənərək ölüb

Tacikistanda Yeni il bayramları zamanı bir neçə nəfər plovdan zəhərlənib. Trend-in məlumatına görə, xəstəxanaya yerləşdirilən dörd nəfər sonradan həlak olub, daha bir neçə nəfərin vəziyyəti ağır olaraq qalır.

Aparılan araşdırmala nəticəsində məlum olub ki, zəhərlənməyə səbəb plova natrium-nitrat maddəsinin düşməsi səbəb olub.

Hazırda bu maddənin yeməyə necə düşməsi ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, natrium-nitrat sənaye müəssisələrində gübrə kimi istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə