Terrorçularla atışmada 3 hərbçi həlak olub

Terrorçularla atışmada 3 hərbçi həlak olub

İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində terrorçularla atışmada 3 hərbçi həlak olub. SİA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular hərbçilərlə atışarkən, yerli dinc sakinlərdən qalxan kimi istifadə ediblər.

Məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 3-ü yaralanıb. Terrorçulara məxsus çoxlu sayda silah-sursat, hərbi avadanlıq, informasiya vəsaiti aşkarlanaraq götürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə