Rusiyada iki avtomobil toqquşub, 10 nəfər ölüb

Rusiyada iki avtomobil toqquşub, 10 nəfər ölüb

Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib. RİA Novosti agentliyi xəbər verir ki, hadisə Talinka yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

“Mazda” və “Renault Duster” markalı avtomobillərin toqquşması nəticəsində 10 nəfər ölüb. Ölənlərdən 4-ü uşaqdır. İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə