Peruda baş verən yol qəzasında 25 nəfər ölüb

Peruda baş verən yol qəzasında 25 nəfər ölüb

Peruda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində azı 25 nəfər həlak olub. Yerli Canal N telekanalının yol polisi nümayəndəsinə istinadla yaydığı məlumata görə, qəza ölkənin paytaxtı Limadan 70 kilometr aralıda, yolun “Şeytan döngəsi” (Curva del Diablo) kimi tanınan hissəsində baş verib. İçərisində təxminən 50 sərnişin olan avtobus toqquşmadan sonra 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Avtobusun qalıqlarının çətin keçilən əraziyə düşməsi xilasetmə əməliyyatlarını mürəkkəbləşdirir. Qəza qurbanlarının sayının artacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə