Nyu-Yorkda yanğın olub, 12 nəfər xəsarət alıb

Nyu-Yorkda yanğın olub, 12 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Nyu-Yorkun Bronks məhəlləsindəki evlərdən birində baş verən yanğın nəticəsində azı 12 nəfər xəsarət alıb. NBC telekanalının yaydığı məlumata görə, binanın birinci mərtəbəsindəki mebel mağazasında başlayan yanğın sonradan mənzillərə yayılıb. Alovla mübarizəyə 150-dən çox yanğınsöndürən cəlb olunub. Zərərçəkənlərdən birinin aldığı zədələr ciddi qiymətləndirilir.

Yanğının səbəbi barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə