Ruhani: "Hökumət vandallıq edənlərə qarşı tolerant olmayacaq"

Ruhani: "Hökumət vandallıq edənlərə qarşı tolerant olmayacaq"

"Şiddət və ictimai yerlərə zərər vurmaq tənqid demək deyil." Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarına münasibət bildirərkən söyləyib.

"Konstitusiyaya görə, xalqın tənqid və etiraz etməyə haqqı var. Hökumət qanuni olan bütün etirazlara şərait yaratmalıdır. Tənqid və etirazlarla ölkənin və xalqın vəziyyətinin yaxşılaşdırılması üçün səy göstərməliyik. Amma hökumət vandallıq edən və ətrafa zərər verən insanlara qarşı tolerant olmayacaq. Bəzi problemlərimizi həll etmək vaxt aparır və hökumət ilə xalq bunun üçün əl-ələ verməlidir", - deyə H.Ruhani əlavə edib.

Qeyd edək ki, 28 dekabrda İranın Məşhəd şəhərində korrupsiya və işsizlik əleyhinə nümayişlər artıq ölkənin 20 şəhərini əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə