Misirdə terror aktına cəhdin qarşısı alınıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı bölmələr terror aktlarının hazırlanmasında şübhəli bilinən 3 nəfəri məhv edib.
Məlumata görə, polis əməkdaşları əməliyyatlar zamanı daha 10 nəfəri saxlayıb.
Qeyd edək ki, bundan öncə Qahirə yaxınlığında yerləşən kilsəyə terror hücumu olub. Hücum nəticəsində 10 nəfər həyatını itirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB