ABŞ iddiaları rədd edib

ABŞ İŞİD terror qruplaşmasını dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama verən ABŞ-ın Müdafiə Nazirliyinin – Pentaqonun rəsmi nümayəndəsi Rebekka Riberiks məlumatları təkzib edib.

"ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə iddialar yalandır. Biz İŞİD-i dəstəkləmirik. ABŞ, müttəfiqləri ilə birgə İŞİD-in məhv edilməsi üzərində işləyir", - deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə