16 yaşlı fələstinli Ərdoğana təşəkkür edib

16 yaşlı fələstinli Ərdoğana təşəkkür edib

Fələstinin Qüds etirazının simvoluna çevrilən 16 yaşlı fələstinli Fevzi Cüneydi türk xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Axar.az xəbər verir ki, bu barədə Cüneydi həbsdən buraxıldıqdan sonra aparıldığı xəstəxanada jurnalistlərə danışıb.

Fevzi əsgərlər tərəfindən döyüldüyünü və qaranlıq bir həbsxanaya aparıldığını, bədənində qanaxmalar yaşandığını bildirib.

Qeyd edək ki, 16 yaşlı Cüneydinin 20-ə yaxın İsrail əsgəri tərəfindən döyülərək həbs edilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbinə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə