ABŞ-la Türkiyə arasında viza böhranı həll edilib. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə vətəndaşlarının viza müraciətləri ilə bağlı məhdudiyyətlər aradan qaldırıb: “Türkiyə hökuməti aparılan danışıqlara sadiq qaldı”.
Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB