Nalçikdə çoxmərtəbəli binada yanğın olub

Nalçikdə çoxmərtəbəli binada yanğın olub

Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə çoxmərtəbəli binada yanğın baş verib. RİA Novosti agentliyi xəbər verir ki, şəhərdəki doqquz mərtəbəli binalardan birində baş verən yanğın zamanı bir nəfər yanaraq ölüb.

78 nəfərin təxliyə olunduğu binada xəsarət alanların sayı dəqiqləşdirilir. Yanğının səbəbləri dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə