Rusiya ABŞ təyyarələri üçün aerodromların sayını azaldacaq

Rusiya ABŞ təyyarələri üçün aerodromların sayını azaldacaq

Rusiya 2018-ci ilin 1 yanvarından etibarən ABŞ təyyarələrinin “Açıq səma” razılaşması çərçivəsində istifadə etdiyi aerodromların sayını azaldacaq. “RİA Novosti” agentliyi Moskvanın bu addımı ABŞ-ın Rusiya təyyarələri üşün Alyaska və Havay adalarına girmə qadağasına görə atdığını bildirib.

Qeyd edək ki, “Açıq səma” razılaşması 1992-ci ildə Helsinkidə imzalanıb. Razılaşmaya 23 dövlət imza atıb. Bu müqavilə sayəsində dövlətlər bir-birinin səmasında uçuş edərək onların hərbi fəaliyyətlərini nəzarətdə saxlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə