Tacikistanda zəlzələ baş verib

Tacikistanın şərqində Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələnin episentri paytaxtdan Düşənbəndən 320 kilometr şərqdə qeydə alınıb. Yeraltı təkanlar yerin 54 kilometr dərinliyinə baş verib. Zəlzələ nəticəsində itki və ya fəsadların olub-olmaması barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə