Ankara S-400 komplekslərinin alınmasını Moskva ilə tam razılaşdırıb

Ankara S-400 komplekslərinin alınmasını Moskva ilə tam razılaşdırıb

Ankara və Moskva S-400 zenit raket komplekslərinin 4 divizionunun alınması barədə müqaviləni tam razılaşdırıb. Anadolu agentliyi xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli jurnalistlərin rus mətbuatında yer alan müvafiq açıqlama ilə bağlı suallarını cavablandırarkən bildirib.

Bir qədər əvvəl “Rostex” kompaniyasının direktoru Sergey Çemezov “Kommersant” qəzetinə verdiyi müsahibədə Türkiyənin 2,5 milyard dollara Rusiyadan S-400 zenit raket komplekslərinin 4 divizionunu aldığını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə