İranda növbəti zəlzələ 1 ölü, 56 yaralı

İranda növbəti zəlzələ 1 ölü, 56 yaralı

İranın şimalında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 56 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,bu barədə İranın Təcili yardım xidməti məlumat verib.

İranın Seysmoloji mərkəzinin yaydığı xəbərə görə, zəlzələ gecə saatlarında Tehnran yaxınlığında 4.2 bal gücündə qeydə alınıb. Zəlzələ 12 kilometr dərinliyinə baş verib. Ölən şəxsin cinsiyyətinin kişi olduğu açıqlanıb. Bildirilib ki, zəlzələ qurbanı ürək xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, ötən həftə İranın şimalında 5.2 bal gücündə zəlzələ baş vermişdi. Hadisə nəticəsində 2 nəfər ölmüş, 100 nəfərdən çox insan ziyan çəmişdi.

Məlumat üçün nəzərinizə çatdıraq ki, İran seysmik zonada yerləşir və burada tez-tez zəlzələlər baş verir. Cari ildə İranda ən güclü zəlzələ noyabrın ortasında baş vermişdi. 7.2 bal gücündə baş verən yeraltı təkan nəticəsindı 600 -dən çox insan ölmüşdü.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə