Meksikada sentyabr-noyabr ayında 1.2- 8.2 bal gücündə 12, 7 min zəlzələ qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Latın Amerikanın Milli Seysmoloji Xidməti tərəfindən hesabat açıqlanıb.
Hesabata əsasən, təkcə sentyabr ayında 5.7 min yeraltı təkan baş verib. Təkcə sentyabr ayının 7-si və 19-da iki ən güclü zəlzələ qeydə alınıb ki, nəticədə yüzlərlə insan həyatını itirib. Meksika prezidenti hadisə nəticəsində ölkəyə dəyən zərəri hesablayaraq dağılanların yenidən bərpası üçün 2.5 milyard dollar ayırıb.
Oktyabrda ölkə 3.8 min dəfə silkələnib. Zəlzələlərin sayı noyabr ayında 3.2 minə çatıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB