Hakkaridə 4 PKK-çı məhv edilib

Türkiyənin Hakkari vilayətinin Yüksəkova mahalında sərhədi keçməyə çalışan 4 PKK-çı məhv edilib. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Belə ki, onlar hərbçilərin əmrinə tabe olmayıb və atəş açıblar.

Bundan əlavə, Şanlıurfanın Ceylanpınar və Akçakala mahallarında isə PYD və İŞİD üzvləri təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə