İsrail polisi iki Türkiyə vətəndaşını deportasiya edib. Axar.az xəbər verir ki, Abdulla Qızılirmaq və Məmməd Qarqılı adlı Türkiyə vətəndaşları məhkəmənin qərarı ilə bu gün ölkələrinə göndəriliblər. İsrail polisi tərəfindən işğal altındakı Şərqi Qüdsün "Köhnə şəhər" hissəsində cümə günü nəzarətə alınan 3 Türkiyə vətəndaşından biri - Adəm Qoç isə deportasiya edilməyəcək.
Qeyd edək ki,Türkiyə vətəndaşları dövlət quruluşunu pozmaq və qeyri-qanuni aksiyaya qoşulmaqda ittiham edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB