Moskvada qəza törədən avtobus sürücüsü saxlanılıb

Moskvada qəza törədən avtobus sürücüsü saxlanılıb

Moskva metrosunun “Slavyanski bulvar” stansiyasının yeraltı keçidinə girərək qəza törədən avtobusun sürücüsü saxlanılıb.

AZƏRTAC xəbər verir ki, sürücü, 1959-cu il təvəllüdlü Viktor Tixonov Rusiya vətəndaşıdır, 2000-ci ildən “Mostransavto” şirkətində işləyir. Dindirilmə zamanı o, qəzaya düşən avtobusun sükanı arxasına ilk dəfə keçdiyini və yerə düşən su butulkasının pedalın altına diyirlənməsi səbəbindən qaz və əyləc pedallarını səhv saldığını bildirib.

Dəqiqləşdirilmiş son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb. Həlak olanlardan biri 17 yaşlı qızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə