Fransada 2 neftayırma zavodunun fəhlələrinin pensiya islahatlarına etiraz olaraq tətilə başlamasından sonra 12 neft ayırma zavodunda da etirazlar başlayıb. SİA-nın məlumatına görə, Fransanın nəqliyyat naziri Dominik Büssere bildirib ki, ölkədə lazımı qədər neft anbarları var. Bu səbəbdən də narahatlığa əsas yoxdur. Lakin aksiyaların ardı-arası kəsilmək bilmir. Liondakı etiraz mitinqlərində min nəfərə yaxın tələbə iştirak edib. Aksiyanın böyüməsi polisin müdaxiləsi ilə nəticələnib. Polis aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində tələbələr zibil qablarını aşırdıb, avtobus dayanacaqlarını yandırıblar. Polis qanun keşikçilərinə daş atan 27 nəfər aksiya iştirakçısını saxlayıb. Qeyd edək ki, Marseldə də bu kimi hadisələr yaşanır. Eyni vaxtda bir neçə yerdə aksiyaların keçirilməsi Fransa hökümətini təşvişə salıb. Fransa Təhsil Nazirliyinin məlumatına görə, aksiyalara 342 ali məktəbdən 306-sı qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB