Türkiyədən Azərbaycana gələn avtobus aşıb xəsarət alanlar var

Türkiyədən Azərbaycana gələn avtobus aşıb xəsarət alanlar var

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə