120-dən çox silahlı təslim olub

Suriyanın Dar-əl-Kəbira yaşayış məntəqəsində "Əhrar əş-Şam" terror qruplaşmasının 120-dən çox silahlısı təslim olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Düşmən Tərəflərin Barışması üzrə Mərkəzin (DTBM) məlumatında qeyd olunub.

Bildirilir ki, bu nəticə "Homs" gərginlik zonalarının barışdırılması Milli Komitəsi ilə DTBM hərbçilərinin birgə işi zamanı əldə olunub. Hazırda Hələb, Dəməşq, Həma, Homs və Əl-Kuneytra əyalətlərindəki silahlı müxalifət dəstələri ilə danışıqlar davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə