Ərdoğandan ərəb nazirə: "Bu adam neft ərköyünüdür"

Ərdoğandan ərəb nazirə: "Bu adam neft ərköyünüdür"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini “ərköyün” adlandırıb. Axar.az xəbər verir ki, Ərdoğan bunu Mədəniyyət Sənət Mükafatları proqramında çıxışı zamanı söyləyib. “Fəxrəddin Paşa və Mədinəni müdafiə edə bilməsək, belə özünü tanımayan adamlar ortaya çıxa bilər. Bu adam neft ərköyünüdür. Mənim əcdadım Mədinəni qoruyarkən sənin əcdadın harada idi? Sən əvvəlcə bunun hesabını ver”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri şahzadə Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşanı tənqid edən tvit paylaşmışdı. O, paylaşımında Osmanlını Mədinənin müdafiəsi əvəzinə, onu yağmalamaqda ittiham etmişdi. Zayed həmçinin Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqəsinin onları talan etmək üzərində qurulduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə