İranda 5,2 bal gücündə zəlzələ olub

İranda 5,2 bal gücündə zəlzələ olub

İranın şimalında 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, təbii fəlakətin episentri Kerec şəhərindən 17 kilometr cənubda qeydə alınıb.

Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə