İraq Prezidenti kürdləri danışıqlara çağırıb

İraq Prezidenti kürdləri danışıqlara çağırıb

İraqın Prezidenti Fuad Məsum İraq Kürdüstanında əmək haqlarının ödənilməməsi səbəbindən etiraz aksiyaları keçirən sakinləri qanun pozuntusuna yol verməməyə çağırıb və dialoqa başlamaq barədə təklifləri dəstəkləyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Prezident Bağdaddakı federal hökumətin və kürd regionu hökumətinin dialoqa hazır olmaları barədə bəyanatlarını “müsbət addım” kimi qiymətləndirib. Kürd icmasını təmsil edən Fuad Məsum kürdlərin hüquqlarının təmin olunmasına, vəziyyətin gərginləşməsini dayandırmağa və regionun hava blokadasını aradan qaldırmağa – Ərbildə və Süleymaniyyədə rəsmi Bağdad tərəfindən bağlanılan hava limanlarının fəaliyyətini bərpa etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə