30 sərnişin qatarının hərəkəti ləngiyib

30 sərnişin qatarının hərəkəti ləngiyib

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.

Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib.

Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə