Argentininanın paytaxtı Buenos-Ayres şəhərində pensiya islahatları səbəbi ilə etiraz aksiyası keçirmək istəyənlərlə polis arasında baş verən toqquşma nəticəsində zərərçəkənlərin sayı 162 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 162 nəfər tibbi yardıma üraciət edib, onlardan 80 nəfəri polis əməkdaşları olub. Amma buna baxmayaraq, polis 81 nəfəri saxlayıb.
Bundan öncə 80 nəfərin zərərçəkdiyi bildirilirdi. Məlumata görə, etirazçılar polis əməkdaşlarına daş, şüşə və tüstü bombası atıb, polis əməkdaşları da buna cavab olaraq gözyaşardıcı qaz və rezin güllə dən istifadə ediblər.
Frans Press agentliyinin məlumatına görə,ölkə prezidentinin başçılığı ilə hökumət pensiya islahatı həyata keçirməyi planlaşdırır. Nümayişçilər hesab edirlər ki, qanun layihəsinin qəbul edilməsi pensiya ödənişlərinin həcmini azaltmağa xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB