Rusiya: "ABŞ-ın hazırda Avropada 200 qaz bombası var"

Rusiya: "ABŞ-ın hazırda Avropada 200 qaz bombası var"

"ABŞ-ın hazırda Avropada 200 qaz bombası var." Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mixail Ulyanov söyləyib.

Ulyanov Moskvanın Vaşinqtonu regionda nüvə silahlarını geri çəkməyə çağırdığını deyib: "Rusiya bütün nüvə silahlarını öz sərhədləri daxilinə çəkdi. Bunu ABŞ tərəfi də çoxdan etməli idi. Ancaq Vaşinqtonun hələ də Avropada nüvə silahları var. Təxminən 200 qaz bombası mövcuddur", - Ulyanov söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə