İnsan böyrəyinin qanunsuz transplantasiyada şübhəli bilinən 3 həkim saxlanılıb

İnsan böyrəyinin qanunsuz transplantasiyada şübhəli bilinən 3 həkim saxlanılıb

Kiyevdə böyrəyin qeyri-qanuni transplantasiyasında şübhəli bilinən 3 həkim saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, saxlanan həkimlərin Kiyevin aparıcı tibb ocaqlarından birində çalışdığı bildirilir. Həkimlər Ukrayna Cinayət-Prosessual Məcəlləsinin 115-ci maddəsinə görə saxlanılıblar və onlara qarşı irəli sürülən ittihamlar təsdiqlənsə, onların 12 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutulur. Hazırda həmin şəxslərin ətrafında axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Ukrayna DİN-nin kibercinayətkarlıq və insan alveri ilə mübarizə departamenti qara transplantalogiya ilə məşğul olan cinayətkar qrupu ifşa edib. 30-dan artıq insan bu cinayətkar qrupun fəaliyyətinin qurbanı olub. Zərər çəkənlər arasında Ukrayna, Moldova və Özbəkistan vətəndaşları da var. 12 nəfərdən ibarət cinayətkar qruplaşmanın rəhbəri İsrail vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə