ABŞ-da 2 noyabrda Konqresə keçiriləcək seçkilərdən əvvəl Çay partiyası Barak Obamanın təsviri olan bir karikatura hazırlayıb.
SİA-nın məlumatına görə, Kolorado ştatında reklam pannosuna asılan afişa ABŞ-da böyük reaksiyaya səbəb olub. Karikaturada Obama intiharçı, qanqster, meksikalı quldur və "mavi" olaraq göstərilib. Birləşmiş Millətlər Təşkilatını leş yeyən quş kimi təsvir edən karikaturaçı Mərkəzi Bank, Vergilər İdarəsi və vəkilləri isə masanın altındakı siçanlar şəklində göstərib. Afişanın üzərində də, "demokratlara səs verin, oyuna qatılın" cümləsi yazılıb. Böyük hərflə yazılan "Rat" sözü siçan mənasını verir.
Afişanın kimin əmri ilə hazırlandığı məlum olmasa da, karikaturanı Amerikadakı respublikaçılara məxsus olan Çay Partiyasının üzvü Paul Snoverin çəkdiyi ortaya çıxıb. Reklam pannosunu kirayəyə götürən şirkət, afişanı kimin hazırlatdığını açıqlamayıb.
Mövzu ilə əlaqədar fikirlərini bildirən Demokratların nümayəndəsi Martelle Daniels karikaturanı iyrənclik olaraq qiymətləndirib: "Bu karikaturada göstərilənlər iyrənclikdən də irəlidir. Hər şeyin bir həddi var, bu düzgün deyil. Ən azından karikaturanı çəkən və çəkdirən bilməli idi ki, bu dövlət başçısına hörmətsizlikdən başqa heç nə deyil".
Respublikaçıların nümayəndəsi Çuk Pabst, afişanı zövqsüz və hörmətsiz olaraq xarakterizə edib.
Qeyd edək ki, dövlət başçısı Obamanın əleyhdarı olan Çay Partiyasının üzvləri, dövlət xərclərinin və vergilərin azaldılmasını tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB