Çində ilin əvvəlindən 1355 kömür mədəni bağlanılıb

Çində ilin əvvəlindən 1355 kömür mədəni bağlanılıb

Çində bu il 1355 kiçik kömür mədəni bağlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Milli Enerji İdarəsinin açıqlamasında bağlanılan kömür mədənlərinin ümumi istehsal gücünün 125,19 milyon ton olduğu bildirilib.

 

Açıqlamada bu ilin sonuna qədər bağlanılan kiçik və təhlükəli mədənlərin sayının 1539-a çatacağı qeyd edilib. "Xalqın Gündəliyi" qəzetindəki xəbərdə isə bağlanılacaq kömür mədənlərinin 1600-ü keçəcəyi yazılıb.

 

Milli Enerji İdarəsinin açıqlamasında 121,67 milyon ton istehsal gücü olan mədənlərdə köhnə texnologiyanın olduğu və texnologiyanın müasirləşdirilməsi işinin çoxunun icra edildiyi vurğulanıb. Qeyd edək ki, Çində keçən il baş verən mədən qəzalarında 2600-dən çox insan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə