Meksikada toqquşmalar olub

Narkotik tədarükü uğrunda bir neçə qruplaşmanın mübarizə apardığı Meksikanın Velakruz ştatında narkokartellərin toqquşması nəticəsində bir sutka ərzində 10 nəfər ölüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, quldurlar avtoyuma məntəqəsinə hücum edərək, orada olan insanlara atəş açıb. Hadisə yerində beş nəfər həlak olub, bir nəfər isə xəstəxanada ölüb.

Daha dörd nəfər müxtəlif şəraitdə Xalapa, Kordoba, Atoyak və Rio-Blanko şəhərlərində qətlə yetirilib.

Bundan əvvəl paytaxt Mexikoda daha yeddi nəfərin öldüyü barədə məlumat yayılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə