Yakutiyada qəza nəticəsində ölənlərin sayı artır

Yakutiyada qəza nəticəsində ölənlərin sayı artır

Yakutiyanın "Kolyma" avtomobil yolunda mikroavtobusun "Kamaz"la toqquşması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölənlərdən biri 2 yaşlı uşaq olub. 3 yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirir. Hətta yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, qəza "Kolyma" avtomobil yolunun 39-cu kilometrində baş verib. Qəzanın səbəbi mikroavtobusun qarşı zolağa çıxması olub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə