Yaponiya və Avropa İttifaqı (Aİ) arasında azad ticarət barədə razılaşmanın imzalanması üçün son razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də təşkil edilən mətbuat konfransında Yaponiyanın Baş naziri Şinzo Abe məlumat verib.
Danışıqların nəticəsini Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə telefon vasitəsilə müzakirə etdiyini bildirən Ş.Abe deyib: “Bu razılaşma “abenomika” üçün hərəkətverici mühərrik rolunu oynayacaq. Yaponiya və Aİ birlikdə azad və vicdanlı iqtisadiyyat quracaqlar”.
Kyodo agentliyinin məlumatına görə, razılaşmanın maddələri üzrə əldə edilən razılıq ilk növbədə investisiya mübahisələrinin tənzimlənməsi qaydalarını nəzərdə tutur. Razılaşmanın gələn ilin yayında imzalanacağı və 2019-cu ildə qüvvəyə minəcəyi gözlənilir. İlk növbədə onun yapon avtomobilləri və ehtiyat hissələrinin Avropaya ixracı, Avropadan isə süd və kənd təsərrüfatı məhsullarını idxalı rüsumlarının azalmasına səbəb olacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB