Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb. İsrail hərbçiləri Qüdsdə cümə namazından sonra etiraz aksiyası keçirən nümayişçilərə hücum edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi qərarına etiraz edən nümayişçilərə atəş edib. Qarşıdurmalar zamanı 40 nəfər yaralanıb.
İsrail ordusu işğal edilmiş Fələstin torpaqlarına əlavə qoşun yerləşdirib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB