Yaşayış binasında partlayış 14 nəfər zərər çəkdi

Yaşayış binasında partlayış 14 nəfər zərər çəkdi

Şərqi Çinin Şandong əyalətinin Çinan şəhərində yaşayış evlərindən birində partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şahidlər partlayışın səsinin güclü şəkildə eşidildiyini bildiriblər. Hadisə nəticəsində binanın şüşələri sınıb, eyvanlar dağılıb. Hadisə yerinə xilasetmə qrupları cəlb olunub. Partlayışın səbəbləri məlum deyil.

Çin televiziyasının məlumatına görə, hadisə nəticəsində 14 nəfər hospitallaşdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə