1007 məhbus əfv edilib

Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei əfv sərəncamı imzalayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranın məhkəmə hakimiyyətinin təqdimatına əsasən humanizm prinsiplərini əsas tutan Ali Rəhbər 1007 nəfər məhbusu əfv edib.

Əfv olunanların bir qismi cəzasının çəkilməmiş hissəsindən azad edilib, digər qisminin isə cəzası yüngülləşdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə