Hava limanında atışma olub

Fransanın Korsika adasının şərqindəki Bastiya-Poretta hava limanında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə hava limanının avtoparkında baş verib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Telekanalın mənbələrinin verdiyi informasiyaya görə, hadisə yerindən bir avtomobil yüksək sürətlə ayrılıb.

Hava limanında olanlar evakuasiya edilməyiblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə