Yəmənin paytaxtı Sənada qiyamçılarla və prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı ölənlərin sayı 200-ü ötüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qiyamçıların nəzarətinə keçmiş Səna şəhəri uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin əksər hissəsinə nəzarəti ələ keçiriblər.
Qeyd edək ki, Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçılar arasında toqquşmalar 2014-cü ilin avqustundan başlayıb. Münaqişə 2015-ci ilin martından daha aktiv mərhələyə keçib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB