ABŞ generalı Con Haytenin Rusiyanın kosmik raketləri hədəf ala bilən lazer silahları ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının deputatı Yuri Şvetski deyib. “Rusiyanın doktrinası müdafiə xarakterlidir. Biz hər zaman beynəlxalq hüquq normalarına uyğun hərəkət edirik. Belə silahların hazırlanması bu normaların tapdalanması deməkdir”, - deputat bildirib.
Qeyd edək ki, C. Hayten ABŞ-ın kosmosda olan peyklərini vurmaq üçün Rusiya və Çinin lazer raket sistemləri üzərində çalışdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB