Tunisin şimal-qərbində yerləşən Beca əyalətində turist avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində azı 50 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, qəza zamanı ölən olmayıb və yaralılardan 10-nun vəziyyəti ağırdır.
İçərisində 56 sərnişinin olduğu nəqliyyat vasitəsi Amdum rayonundan Ayn Drahma gedirmiş. Naməlum səbəblərdən avtobus yoldan çıxıb və təqribən 50 metr yüksəklikdən uçuruma yuvarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB