Sabiq baş nazir həbs edildi

Birləşmiş Ərəb Əmirliklərində yaşayan və ölkəsində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Misirin sabiq baş naziri Əhməd Şəfiq həbs olunub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Şəfiqin vəkili Dina Ədli Hüseyn bildirib.

Onun sözlərinə görə, sabiq baş nazir BƏƏ-də evində olarkən polislər tərəfindən aparılıb.

Qeyd edək ki, Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il prezident seçkilərində namizəd olan Əhməd Şəfiq 2018-ci ildə də ölkəsində keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə