Sarı dənizdə Cənubi Koreya bayrağı altında hərəkət edən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində 13 nəfər ölüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla 06:12-də baş verib. Balıqçı gəmisində hadisə zamanı 20 sərnişin və iki ekipaj üzvü olub, 2 nəfər itkin düşüb.
Hadisə yerinə 4 helikopter və 14 gəmi cəlb olunub, xilasetmə əməliyyatları aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB